“Mediada yayılmış məlumatlar əsasında 6 cinayət işi başlanıb”

14:24 - 22 İyul 2022 - Xəbər

Bu ilin altı ayında prokurorluq orqanları tərəfindən media və sosial şəbəkələrdə yayılmış məlumatlar əsasında 6 cinayət işi başlanıb.

Ucnoqta.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev I yarımilliyin yekunlarına dair kollegiya iclasında deyib. O bildirib ki, cinayətkarlığa qarşı mübarizədə medianın önəmli rolu var:

"Həmin məlumatlardan biri üzrə aidiyyəti struktur qurum tərəfindən məhkəməyə mülki iddia verilib, 2 məlumat üzrə neqativ hallardan çəkindirmək məqsədilə vətəndaşlara xəbərdarlıq edilib, 3 məlumat üzrə qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimatlar göndərilib".

Xəbər xətti