Rusiya dost olmayan dövlətlərin siyahısını artırdı

13:24 - 22 İyul 2022 - DÜNYA

Rusiya hökuməti dost olmayan dövlətlərin siyahısını genişləndirib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Siyahıya Yunanıstan, Danimarka, Sloveniya, Xorvatiya və Slovakiya daxildir.

Bundan əvvəl Rusiya hökuməti Federasiyaya qarşı dost olmayan hərəkətlər edən dövlətlərin və ərazilərin siyahısını təsdiqləyib. Siyahıya Avstraliya, Britaniya, İslandiya, Kanada, Yeni Zelandiya, Norveç, Koreya Respublikası, ABŞ, Tayvan, Ukrayna, İsveçrə, Yaponiya və s. daxil edilib.

Xəbər xətti