Bolqarıstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

12:31 - 22 İyul 2022 - Xəbər

Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkovun Azərbaycana səfəri iyulun 22-də başa çatıb.

Ucnoqta.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Kiril Petkovu Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.

Xəbər xətti