Gülər Paşayeva Mərkəzi Bankın baş direktoru təyin olundu

11:47 - 22 İyul 2022 - Cəmiyyət

Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə təyinat olub.

Ucnoqta.az xəbər verir ki, AMB-nin sədri Taleh Kazımovun əmri ilə Gülər Azər qızı Paşayeva sözügedən vəzifəyə təyin edilib.

O, tənzimləyici qurumun komandasına bu il iyunun 1-dən qoşulub və sədrin müşaviri vəzifəsində çalışıb.

Gülər Paşayeva daha əvvəl "Paşa Bank"da çalışıb. Orada kassir kimi fəaliyyətə başlayıb, departamentin direktoru vəzifəsinə qədər yüksəlib. Bu il iyunun 1-dən isə Mərkəzi Banka keçib.

Xəbər xətti