Sabah İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə Ukrayna ilə Rusiya arasında taxılın daşınması üzrə sazişin imzalanma mərasimi keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edəkm ki, Ukrayna limanlarında qalan taxıl və ərzaq məhsullarının dəniz yolu ilə daşınması ilə bağlı Türkiyə, Rusiya, Ukrayna hərbi nümayəndə heyətləri və BMT rəhbərliyi İstanbulda bir araya gəlib.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ukrayna taxılının eksportu ilə bağlı məsələni müzakirə etmək üçün bu gün İstanbula gəlib.