Rusiyanın paytaxtı Moskvada Federal Təhlükəsizlik Xidmətinin təqaüddə olan 76 yaşlı general-mayoru Yevgeni Lobaçev ölü tapılıb.
Bu barədə məlumatı öz mənbələrinə istinadən “TASS” yayıb.
Məlumata görə, Lobaçev intihar edib. Hazırda faktla bağlı araşdırma aparılır.
Bildirilir ki, Lobaçevin cəsədi iyulun 20-si Moskvanın mərkəzində evlərdən birinin pilləkənində aşkar olunub. Cəsədin yanında silah da tapılıb.
Qeyd olunub ki, bu yaxınlarda general-mayorun həyat yoldaşı istintaq orqanlarına müraciət edib və ərinin gəzintiyə çıxdığını, lakin geri dönmədiyini bildirib.
Mənbənin məlumatına görə, Yevgeni Lobaçev ağır xəstəlikdən əziyyət çəkib. Generalın maliyyə problemlərinin də olduğu bildirilir.///unikal