Operativ Qərargahdan vaksin olunanlarla bağlı MƏLUMAT - FOTO

16:40 - 21 İyul 2022 - Cəmiyyət

Azərbaycanda son sutkada 2 232 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 424, ikinci doza vaksinlərin sayı 156 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 383-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 269 olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 798 492 təşkil edir.


Xəbər xətti