Gürcüstanda son həftədə koronavirusa 7 812 nəfər yoluxub

14:09 - 19 İyul 2022 - DÜNYA

Gürcüstanda son həftə ərzində daha 7 812 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamllq Milli Mərkəzindən bildirilib.

İyulun 10-dan 17-dək olan müddətdə daha 4 764 nəfər müalicə olunaraq sağalıb, 7 nəfər isə ölüb.

Qonşu ölkədə pandemiya başlayanadan (26 fevral 2020-ci il) indiyədək Gürcüstanda COVID-19 infeksiyasına 1 675 965 yoluxma faktı təsdiqlənib. Yoluxanların 1 650 681-si sağalıb, 16 854-ü vəfat edib.

Xəbər xətti