“Rusiyaya heç vaxt “Bayraktar” satılmayacaq”

08:00 - 19 İyul 2022 - DÜNYA

Türkiyənin “Baykar Makina” şirkətinin icraçı direktoru Haluk Bayraktar “Bayraktar” pilotsuz uçan aparatlarının Rusiyaya satışına heç vaxt icazə verilməyəcəyini bildirib.

Ucnoqta.az xəbər verir ki, CNN telekanalına müsahibəsində o, Türkiyənin Ukraynanın müstəqilliyini dəstəklədiyini deyib.

“Bayraktar” PUA-larının Rusiyaya tədarükünün mümkünlüyü ilə bağlı suala isə Bayraktar mənfi cavab verib.

“Biz onları təmin etmədik. Bunu heç vaxt etməyəcəyik. Çünki biz Ukraynanı, onun suverenliyini, müstəqilliyi uğrunda mübarizəsini dəstəkləyirik”.

Xəbər xətti