Ukraynaya məxsus "Antonov An-12BK" yük təyyarəsi Yunanıstanın şimalındakı Kavala şəhəri yaxınlığında qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yunanıstanın İctimai Televiziyası məlumat yayıb.
Ukraynanın "Meridian" şirkətinə məxsus təyyarə Serbiyadan İordaniyaya uçurmuş.
İlkin məlumata görə, təyyarədə səkkiz nəfərdən ibarət ekipaj olub.
Pilot dispetçerə mühərrikin nasazlığı barədə məlumat verib, bundan sonra o, Kavala hava limanında təcili eniş üçün icazə alıb, lakin hava gəmisi radarlardan itib.