"Bütün istiqamətlərdə əməliyyatlar artırılsın" - Şoyqu tapşırıq verdi

12:33 - 16 İyul 2022 - DÜNYA

Rusiya müdafiə naziri Sergey Şoyqu silahlı qüvvələrə bütün istiqamətlərdə əməliyyatları artırmağı tapşırıb.

APA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Şoyqu Ukraynada xüsusi hərbi əməliyyatın tapşırıqlarını yerinə yetirən Rusiyanın “Cənub” və “Mərkəz” qruplaşmalarına baxış keçirib, ordu generalı Sergey Surovikin, general-polkovnik Aleksandr Lapin və digər hərbi rəislərin hazırkı vəziyyət və düşmənin hərəkətləri barədə məruzələrini dinləyib.

“Rusiya müdafiə naziri Kiyev rejiminin Donbass və digər regionların yaşayış məntəqələrinin sakinlərinə və mülki infrastruktura kütləvi raket və artilleriya zərbələri endirmə ehtimalını istisna etmək üçün bütün əməliyyat bölgələrində qrupların fəaliyyətini daha da artırmaq üçün lazımi göstərişlər verib”, - Rusiya MN-nin məlumatında vurğulanıb.

Xəbər xətti