NASA Rusiya ilə əməkdaşlığı bərpa edir

23:55 - 15 İyul 2022 - DÜNYA

ABŞ Aerokosmik Agentliyi NASA Rusiya ilə birgə Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuş təşkil edəcək.

Ucnoqta.az xarici mediaya istinadən xəbər verir ki, NASA-nın məqsədi stansiyada fəaliyyətin davamlılığını təmin etməkdir. Sentyabr ayında təşkil ediləcək birgə missiyalarda həm rus, həm də ABŞ raketlərindən istifadə olunacaq.

Həmçinin, 2023-cü ildə də iki ölkə birgə kosmik uçuşlar həyata keçirəcək.

Xəbər xətti