ABŞ-da “F-16” təyyarələrinin Türkiyəyə satışını məhdudlaşdıran qanun layihəsi Konqresin Nümayəndələr Palatasında (Aşağı Palata) qəbul edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatısaytı məlumat yayıb.
Palata üzvləri Frank Pallone və Chris Pappas tərəfindən təklif edilən qanuna 244 üzvdən 179-u səs verib.
Qeyd edək ki, Türkiyə daha əvvəl ABŞ-dan Hərbi Hava Qüvvələrində xidmətdə olan təyyarələr üçün 40 “F-16 Block 70” döyüş təyyarəsi və 80 “Block 70” təkmilləşdirmə dəsti istəyib.