Ermənistan ordusuna yeni Baş Qərargah rəisi təyin edilib

17:47 - 14 İyul 2022 - DÜNYA

Ermənistan Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın imzaladığı müvafiq fərmana əsasən, bu posta general-mayor Edvard Asryan təyin edilib.

O, yaxın 5 il ərzində Baş Qərargah rəisi səlahiyyətlərini icra edəcək.

 

Xəbər xətti