İsveç məhkəməsi sabiq iranlı məmura ömürlük həbs cəzası verdi

17:20 - 14 İyul 2022 - DÜNYA

İsveç məhkəməsi iranlı sabiq prokuror köməkçisi Həmid Nurini ömürlük azadlıqdan məhrum edib.

APA xəbər verir ki, Həmid Nuri 2019-cu ilin noyabrında İsveç polisi tərəfindən Arland aeroportunda həbs olunub.

Onun 1988-ci ildə İranda minlərlə siyasi məhbusun kütləvi şəkildə edam edilməsində əli olduğu sübut olunub.

Qeyd edək ki, 1988-ci ilin iyul ayından sentyabr ayına qədər İran həbsxanalarında minlərlə siyasi məhbus edam olunub.

 

Xəbər xətti