Daha bir ölkə "DXR" və "LXR"in müstəqilliyini tanıdı

18:45 - 13 İyul 2022 - DÜNYA

Şimali Koreya qondarma "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanıyıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə qondarma "DXR"in lideri Denis Puşilin bildirib.

Puşilin bunu “diplomatik qələbə” adlandırıb.

Beləliklə, Rusiyanın dəstəklədiyi separatçıların elan etdiyi qondarma respublikaları indiyədək tanıyan ölkələrin sayı 3-ə çatıb. Bundan öncə analoji addımı Rusiya və Suriya atıb.///apa

Xəbər xətti