Brüsselin vasitəçiliyi Azərbaycan və Ermənistan üçün faydalıdır - Ekspert

15:09 - 4 İyul 2022 - SİYASƏT

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 4-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Ucnoqta.az xəbər verir ki, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu Şarl Mişelin bu zəngi son vaxtlar Kremlin fəallaşmasından və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana və Bakıya etdiyi səfərlərdən narahatlığa işarə olduğunu deyir: 

"Brüssel şübhələnir ki, Moskva işi pozmaq və Avropa İttifaqının Azərbaycanla Ermənistsn arasındakı fəal vasitəçiliyini minimuma endirməyə çalışır. Bəli, Kremlin əsas məqsədi elə budur. Brüsselin vasitəçiliyi Azərbaycan və Ermənistan üçün faydalıdır. Əgər Bakı və İrəvan bu vasitəçilikdən yararlanmaqda davam etsələr, Kreml Avropa İttifaqını oyundankənar vəziyyətə sürükləyə bilməyəcək."

Xəbər xətti