Yunanıstan ABŞ-dan "F-35" qırıcıları almaq üçün müraciət edib

08:29 - 1 İyul 2022 - DÜNYA

Yunanıstan Türkiyə ilə davam edən gərginlik fonunda müdafiə qabiliyyətini gücləndirmək məqsədilə ABŞ-dan bir eskadrilya Amerika F-35 qırıcı-bombardmançı təyyarələri almaq istəyir

Ucnoqta.az “Associated Press“ə istinafən xəbər verir ki, bunu NATO-nun Madriddə keçirilən sammiti zamanı Yunanıstanın baş naziri Kiriakos Mitsotakis jurnalistlərə bildirib. O, bildirib ki, Yunanıstan ABŞ-a F-35 döyüş təyyarələri eskadrası almaq üçün məktub göndərib. 

Mitsotakis bunun uzun bir prosesin başlanğıcı olduğunu və Afinanın 2027 və ya 2028-ci ildən əvvəl təyyarəni təhvil almayacağını təxmin etdiyini vurğulayıb.

Yunanıstan rəsmiləri bir eskadronun 20 təyyarədən ibarət olacağını bildiriblər.

“Bu prosesin bir hissəsi sorğu məktubu göndərməkdir ki, bu yaxınlarda biz bunu etdik”.
 

Xəbər xətti