17 yaşlı gənc sevdiyi qıza görə özünü asdı

00:20 - 1 İyul 2022 - HADİSƏ

Bakının Sabunçu rayonunda intihar qeydə alınıb.

Hadisə Ramana qəsəbəsində baş verib.

Şuşa şəhərciyində yaşayan 17 yaşlı Mürsəlov İsa Elşən oğlu özünü asaraq öldürüb.

Onun meyiti müayinə olunması üçün morqa yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Yaxınlarının hüquq mühafizə orqanın əməkdaşlarına verdiyi məlumata görə, E.Mürsəlov özünü asmamışdan qabaq boynuna keçirdiyi iplə şəkil çəkdirib.

Həmin şəkili sevdiyi qıza göndərib.///apa

Xəbər xətti