DİN avtomobildən qızıl-zinət əşyalarının oğurlanması iddialarına münasibət bildirdi

“Salyanda avtomobildən qızıl-zinət, eləcə də digər əşyaların oğurlanması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir və şər-böhtan xarakterlidir”.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenant Nizam Həmidov Ucnoqta.az-a bildirib ki, iyunun 29-da Oktay Salayevin idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsi arxa dövlət qeydiyyat nişanı olmadığı və avtomobildə konstruksiya dəyişikliyinə yol verildiyi üçün Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb:

“Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub, lakin sürücü protokolu imzalamaqdan imtina edib. Həmin avtomobilə hal şahidlərinin də iştirakı ilə baxış keçirildikdən sonra müvəqqəti duracağa yerləşdirilib”.

“Qeyd edək ki, Oktay Salayev fevral ayında da həmin avtomobillə yol-hərəkəti qaydalarını pozduğu üçün onun barəsində bir neçə dəfə inzibati protokol tərtib olunub. İnzibati xətaya görə təyin edilən cərimələri ödəmədiyindən onun 240 manat borcu yaranıb. Bundan əlavə, yol polisi əməkdaşlarının sürücülərdən pul almasına dair videogörüntülər də paylaşılıb. Həmin görüntülər ötən vaxtlarda çəkilib və görüntülərlə bağlı araşdırmalar aparılıb. Vətəndaşın qış geyimində olmasıda kadrların yeni olmamasından xəbər verir”, - DİN-in əməkdaşı vurğulayıb.

 

Tarix
30 İyun 2022 [20:09]
Müəllif
Üç nöqtə
2022-06-30 20:09:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin