Böyük Britaniya Azərbaycana 500 min ayırdı

Böyük Britaniya işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi fəaliyyətini dəstəkləmək üçün Azərbaycana 500.000 funt sterlinq ayırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

"Böyük Britaniya regionu insanlar üçün təhlükəsiz yerə çevirmək və regionda sabitlik üçün çalışır. Böyük Britaniya bölgədə minatəmizləmə fəaliyyətini dəstəkləmək üçün əlavə 500.000 funt sterlinq ayırıb", - məlumatda deyilir.

Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bununla bağlı özünün "Twitter" səhifəsində paylaşım edib: "Biz bir yerdə regionda sülh üçün çalışmağa davam edirik. Britaniya Xarici İşlər Nazirliyi regionda minatəmizləmə fəaliyyəti üçün əlavə £500,000 ayrıldığını elan etdi. İnanıram ki, bu vəsait ANAMA-ya mülki əhali arasında riskləri azaltmağa və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək".

Tarix
30 İyun 2022 [15:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-30 15:36:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin