İntihara cəhd edən 72 yaşlı qadın xəstəxanada öldü

13:51 - 30 İyun 2022 - HADİSƏ

Gəncədə intihara cəhd edən qadın xəstəxanada ölüb.

Ucnoqta.az, hadisə ötən gün şəhərin Məhsəti qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1950-ci il təvəllüdlü Daşkəsən rayon sakini M.Qurbanova yaşadığı evdə özünü asıb. Yaxınları tərəfindən dərhal xəstəxanaya çatdırılan M.Qurbanova bu gün xəstəxanada vəfat edib.

Qadının hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.///qafqazinfo

Xəbər xətti