Ruslar İlan adasından qaçdı

Gecə saatlarında raket və artilleriya bölmələrimizin İlan adasına atəş zərbələri endirməsi ilə həyata keçirilən hərbi əməliyyatın növbəti mərhələsinin uğurla həyata keçirilməsi nəticəsində düşmən iki sürətli qayıqla qarnizonun qalıqlarını tələsik şəkildə təxliyyə edib və ehtimal ki, oranı tərk edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Əməliyyat Komandanlığından bildirilib.
Məlumadda deyilir:
“İndi  İlan adasında yanğın var, partlayış səsləri eşidilir. Əməliyyatın yekun nəticələri araşdırılır".

Daha sonra Prezident Aparatının rəhbəri Andrey Yermak İlan adasının ruslardan təmizləndiyini təsdiqləyib. "Adada daha ruslar qalmayıb. Ukrayna Silahlı Qüvvələri əla əməliyyat keçirib", - o deyib.

Bu məlumatı Rusiya Federasiyasının Müdafiə Nazirliyi şərh edib. Şərhdə rus hərbçilərinin qaçması xoş niyyət aktı adlandırılıb. “Rusiya hərbçiləri İlan dasında öz tapşırıqlarını yerinə yetirib və bu gün xoşməramlı addım olaraq orada yerləşən qarnizonu geri çəkiblər”, - deyə məlumatda bildirilir.

Tarix
30 İyun 2022 [13:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-30 13:36:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin