Azərbaycanın ən populyar futbol klubu olan “Qarabağ” futbol klubunun səhmləri satışa çıxarılıb.
Ucnoqta.az FED.az-a istinadən xəbər verir ki, söhbət “Qarabağ Futbol Klubu” MMC-nin təsisçi payından gedir.
Təsisçi payını Cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğlu Sənan Nadirov satışa çıxarıb. Adil Nadirovun vəfatından sonra ona məxsus olan “Qarabağ Futbol Klubu” MMC-dəki 4851,88 miqdarında təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib.
Qeyd olunan paylar hal-hazırda açıq satışa çıxarılmaqla, 300 000 manat qiymətinə təklif olunur.