Qırğızıstanın keçmiş prezidentinə bəraət verildi
21:42 - 28 İyun 2022 - DÜNYA
Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevə bəraət verilib.
Ucnoqta.az xarici KİV-ə istinadən xəbər verir ki, Bişkekin Pervomayski rayon məhkəməsi eks-prezidenti 2020-ci ilin payızında Bişkekdə baş vermiş kütləvi iğtişaşlara görə təqsirləndirmişdi.
Onun ölkədə kütləvi iğtişaşların təşkilində təqsiri sübuta yetirilməyib.
Məhkəmə iş üzrə digər təqsirləndirilən şəxsləri - Qırğızıstanın keçmiş daxili işlər naziri Kursan Asanovu və prezident administrasiyasının keçmiş rəhbəri Fərid Niyazovu da təqsirsiz hesab edib.
Qeyd edək ki, prokuror Almazbek Atambayevə 12 il həbs cəzası təklif edirdi.