“Azərbaycanın hədəfi regionda sabitliyə nail olmaqdır” - Ceyhun Bayramov

“Bu formatda ilk görüş keçirilir. Bu tarixi görüşə ev sahibliyi etməkdən məmnunluq duyuruq”.

APA xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycanın yeni hədəfi regionda sabitliyə nail olmaqdır:

“Hazırda qlobal təhlükəsizliyə qarşı artan təhdidlər fonunda əməkdaşlığımız böyük əhəmiyyət kəsb edir. Üçtərəfli əlaqələrimizi bu səviyyədə gözdən keçirməyimiz olduqca aktualdır. Ölkələrimizin daha sıx qarşılıqlı fəaliyyət göstərəcəyi əhəmiyyətli sahələrdən biri də regionda nəqliyyat dəhlizləridir”.

Tarix
27 İyun 2022 [09:31]
Müəllif
Üç nöqtə
2022-06-27 09:31:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin