Makron və Conson Ukraynanı müzakirə edib

Britaniyanın baş naziri Boris Conson bu gün Almaniyada keçirilən G7 Sammitində Fransa prezidenti Emmanuel Makronla görüşüb. APA-nın xəbərinə görə, liderlər Ukrayna böhranını müzakirə ediblər. Onlar bildiriblər ki, hazırkı məqam münaqişənin gedişi üçün kirtikdir və müharibənin gedişatını dəyişə bilər. Həm baş nazir, həm də prezident Makron müharibədə və gələcək danışıqlarda Ukraynanı dəstəkləməyin vacibliyini vurğulayıblar. Prezident Makron Boris Consonun Ukraynaya davamlı hərbi dəstəyini yüksək qiymətləndirib. Liderlər müdafiə və təhlükəsizlik də daxil olmaqla, Böyük Britaniya və Fransa arasında əməkdaşlığı davam etdirmək və genişləndirmək barədə razılığa gəliblər.
Tarix
26 İyun 2022 [15:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-26 15:58:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin