Neftçalada 26 İyun Silahlı Qüvvələr günü qeyd olunub

14:41 - 26 İyun 2022 - ÖLKƏ İÇİ

Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Ucnoqta.az xəbər verir ki, respublikanın hər yerində olduği kimi Neftçala rayonunda da bu əlamətdar tarixi gün rayon ictimaiyyətinin iştirakı ilə qeyd olunub.

Tədbirdən öncə Neftçala rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə və təşkilat rəhbərləri, müharibə iştirakçıları, Şəhid valideynləri, hərbi qulluqçular və digər ictimaiyyət nümayəndələri tərəfindən Heydər Əliyevin şəhər mərkəzində yerləşən möhtəşəm abidəsini və şəhidlərin əziz xatirəsinə ucaldılmış Şəhidlər abidə kompleksini ziyarət olunub, abidə önünə gül dəstələri düzərək ehtiramla yad edilib.

Tədbir sonra Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləsuvar regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyi tərəfindən hazırlanmış bayram konserti-proqramı ilə davam edib.

Bayram konserti açıq elan edilməmişdən öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçularımızın ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Neftçala rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Qalibiyyət tariximizi yazan, dövlətimizi qalib, müzəffər edən Azərbaycan Silahli Qüvvələrinin yaranma tarixindən söz açmış, tarixin bu gününün düşmənin qorxulu kabusuna çevrilən qüdrətli ordumuzun, yurdumuza azadlıq, xalqa fəxarət bəxş edən hünərli, şücayətli oğullarımızın günü olduğunu bildirib.

Tədbirdə çıxış edən Neftçala rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Mühariəbəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İlqar Həsənov, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Şəhid atası Baloğlan Ağamalıyev, Vətən Müharibəsi iştirakçısı, III qrup əlil Sənan Hacıyev və Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin zabiti Tural Əhmədov çıxış edərək Azərbaycan ordusunun gücündən, qüdrətindən danışmış, 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi qələbədən söz açaraq, Şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları və qazilərinə göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Birinci vitse Prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin sonunda rayonun ictimai siyasi həyatında, o cümlədən hərbi xidmətləri zamanı fərqlənmiş bir qrup hərbi qulluqçulara, "Şahin " və "Sərhədçi" hərbi-idman oyunlarının qalib komandalarının bir qrup üzvlərinə Rayon İcra Hakimiyyətinin "Fəxri Fərmanları" təqdim olunub.

Tədbir Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyinin hazırladığı bayram konserti ilə davam edib.

Xəbər xətti