Goranboyda iki yeniyetmə qızın ərə verilməsinin qarşısı ALINDI

20:21 - 25 İyun 2022 - Cəmiyyət

Ailə, Qadın və Uşaq hüquqları üzrə Dövlət Komitəsi iki erkən nikahın qarşısını alıb.

Komitədən Ucnoqta.az-a verilən məlumata görə, Goranboy rayonunda 15 və 16 yaşlı yeniyetmə qızların ailəsi tərəfindən ərə verilməsi faktı aşkarlanıb. Faktla bağlı Goranboy rayon İcra Hakimiyyətinə və rayon polis şöbəsinə məlumat verilib.

Komitə əməkdaşları aidiyyəti qurumlarla birlikdə ailələrə səfər edib. Məlum olub ki, hələ toyun nə olduğunu tam dərk etməyən 15 yaşlı qızı ailəsi evləndirməyə hazırlaşıb.

"Qeyd edək ki, bu gün xına mərasiminə hazırlaşan ailə 27 iyulda toy edəcəkmiş. İkincik erkən nikah da həmin rayonun digər kəndində baş tutacaqdı. Dövlət Komitəsinə daxil olan zəng əsasında rayon icra hakimiyyəti əməkdaşları ilə birlikdə ailəyə səfər edən qurum rəsmləri, toya hazırlıq işlərinin aparıldığının şahidi olublar. Dərhal azyaşlının özü və ailəsi ilə fərdi söhbət aparılıb və toyun qarşısı alınıb. Ailələr diqqətdə saxlanılır",-məlumatda qeyd olunub.

Xəbər xətti