"Qarabağ"ın rəqibi jurnalistlər üçün qapalı rejimə keçdi

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a keçirəcəyi oyunlardan öncə Polşa "Lex"inin yeni baş məşqçisi Con van den Brom komandanı jurnalistlər üçün qapadıb. Ucnoqta.az xəbər verir ki, hazırda Opalenitsadakı bazada təlim-məşq toplanışında olan Poznan təmsilçisində oyunçular və məşqçilər heyətinin media ilə ünsiyyətinə qadağa qoyulub. Hollandiyalı baş məşqçi futbolçuların fəaliyyətinə nəzarət etmək üçün belə bir qərar verib. O, müsahibə üçün cəmi bir gün ayırıb. Lakin açıq məşqin məhz hansı gün olacağı bilinmir. Jurnalistlərdən gizlənməsi "Lex"ə hələlik gözlənilən effekti verməyib. Komanda yay hazırlıq dövründə keçirdiyi yoxlama görüşlərində "Vidzev"ə 1:2, "Poqon"a 0:1 hesabı ilə uduzub. Jurnalistlər və bir qrup azarkeş ikinci oyunu izləyə bilib. Qarşılaşmadan sonra yalnız futbolçu Radovlav Muravski mediaya açıqlama verib. Baş məşqçi isə dərhal otelə yollanıb. Qeyd edək ki, "Lex" "Qarabağ"la ilk oyununu iyulun 5-də Poznan şəhərindəki eyniadlı arenada keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. İyulun 12-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.
Tarix
25 İyun 2022 [16:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-25 16:30:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin