Türkiyə ordusu daha 7 terrorçunu məhv etdi

14:30 - 25 İyun 2022 - DÜNYA

Türkiyə ordusu Suriya və İraqın şimalında PKK-ya ağır zərbələr vurmaqda davam edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında yerləşən “Fərat qalxanı” əməliyyat bölgəsində 5 PKK/YPG üzvü, İraqın şimalındakı “Pənçə-Kilid” əməliyyat bölgəsində isə 2 PKK terrorçusu məhv edilib”, - məlumatda vurğulanıb.

Xəbər xətti