Tərtərdə itkin düşdüyü iddia edilən 21 yaşlı qız tapıldı

Tərtərdə naməlum şəxslər tərəfindən nömrəsiz avtomobil ilə qaçırıldığı iddia edilən 21 yaşlı qız tapılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən intensiv tədbirlərlə qaçırıldığı iddia olunan 21 yaşlı qızın yeri müəyyənləşdirilərək Polis Şöbəsinə dəvət edilib:

“Araşdırma zamanı ona hər hansı bir zor tətbiq edilmədiyi və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi məlum olub. Valdeynləri ilə görüşdürülüb və o bu barədə öz ailə üzvlərini də məlumatlandırıb”.

Qeyd edək ki, bir neçə gün öncə qızın dörd nəfər tərəfindən zorla nömrəsiz avtomobilə qoyularaq, anasının yanından qaçırıldığı barədə mətbuatda məlumat dərc edilmişdi.

Tarix
25 İyun 2022 [12:09]
Müəllif
Üç nöqtə
2022-06-25 12:09:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin