Erməni hərbçilər Qərbi Zəngəzurda qəzaya düşdü - Ölən və yaralananlar var

10:30 - 25 İyun 2022 - HADİSƏ

Ermənistanın Sünik (Qərbi Zəngəzur) bölgəsində hərbçiləri daşıyan “KamAZ” markalı avtomobil qəzaya düşüb.

Ucnoqta.az xəbər verir ki, erməni hərbçiləri daşıyan “KamAZ” “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində bir erməni hərbçi ölüb, dördü yaralanıb. 

Xəsarət alan erməni hərbçilər hərbi hospitala yerləşdiriliblər.

Xəbər xətti