Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşüb

09:30 - 25 İyun 2022 - ÖLKƏ İÇİ

İyunun 25-də Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşüb.

Ucnoqta.az xəbər verir ki, avtobus Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən saat 7:00-da Füzuli istiqamətinə hərəkətə başlayıb. Reyslər həftədə hazırkı mərhələdə 1 dəfə olmaqla təşkil edilib.

Qeyd edək ki, Bakı-Füzuli-Bakı marşrutu ilk dəfədir həyata keçirilir. Bakıdan Füzuliyə avtobus biletinin qiyməti (gediş-gəliş) 19 manat 40 qəpikdir.

Xəbər xətti