Rusiyada daha bir təyyarə qəzaya uğradı

06:59 - 24 İyun 2022 - DÜNYA

Rusiyanın Ryazan vilayətində “İL-76” tipli təyyarə qəzaya uğrayıb.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə xəstəxanadan bildiriblər.

Qəza nəticəsində xəsarət alanların olduğu deyilir. Təyyarə yaşayış evlərinin yaxınlığına düşərək yanıb.

Hadisə yerinə yanğınsöndürənlər və hərbçilər gəlib.

Xəbər xətti