Meymunçiçəyi bu ölkəyə də çatdı

22:22 - 23 İyun 2022 - DÜNYA

Cənubi Afrika Respublikasında meymunçiçəyinə ilk yoluxma halı aşkarlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Cənubi Afrikanın səhiyyə naziri Co Phaahla açıqlama verib.

Nazir virusun aşkarlandığı 30 yaşlı xəstənin Milli Yoluxucu Xəstəliklər İnstitutu (NICD) tərəfindən müşahidə altında olduğunu qeyd edib.

Meymunçiçəyinin dəridə qabarcıq şəklində özünü göstərən, adətən yüngül gedişatlı və 1 faiz ölüm nisbətinə malik bir xəstəlik olduğunu ifadə edən nazir bu xəstəliyin daha əvvəl Afrika və Qərb ölkələrində də müşahidə edildiyini xatırladıb.

Xəbər xətti