Milli komandaların reytinqi açıqlanıb - Azərbaycan millisi ...

12:14 - 23 İyun 2022 - İDMAN

Futbol üzrə Azərbaycan milli komandası FIFA reytinqində 1 pillə irəliləyib.

Ucnoqta.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu yığma 1128 xalla 128-ci sırada qərarlaşıb.
Buna yığmanın UEFA Millətlər Liqasının iyun ayında keçirilmiş matçlarında Belarusla səfər oyununda qolsuz heç-heçə etməsi, ev matçında 2:0 hesablı qələbə qazanması səbəb olub.

Milli komandanın rəqiblərindən Slovakiya 1439 xalla 51-ci, Belarus 1226 xalla 96-cı, Qazaxıstan isə 1166 xalla 124-cüdür.

Reytinqin ilk pilləsində dəyişiklik baş verməyib. Braziliya millisi (1837) siyahıya başçılıq edir. 1821 xala malik Belçika 2-ci, 1770 xalı olan Argentina isə 3-cü pilləyə yüksəlib.

Türkiyə seçməsi 1475 xalla 42-ci yerdədir.///report

Xəbər xətti