"Nissan"la toqquşan "Prius" mağazaya girdi - Foto

12:07 - 23 İyun 2022 - HADİSƏ

Bakının Nəsimi rayonu ərazisində yol qəzası hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Bülbül prospektində qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı avtomobillə “Nissan” markalı maşın toqquşub.

Zərbənin təsirindən avtomobillərdən biri yol kənarındakı mağazaya çırpılıb.
Xəsarət alanlar barədə məlumat verilmir.
 


Xəbər xətti