Rusiya prezidenti Vladimir Putinin mühafizəçisi olan və özü ilə “nüvə çamadanı”nı daşıyan Feseral Təhlükəsizlik Xidmətinin polkovniki Vadim Zimin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb. Hazırda o, ağır vəziyyətdə reanimasiyadadır.
Qeyd edək ki, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində qan içərisində olub. Onun yanında “İj 79-9TM” markalı travmatik tapança aşkar edilib. FSB zabitini qardaşı tapıb.