Türkiyənin bölgə ölkələri ilə münasibətlərinin normallaşdırılması siyasəti çərçivəsində Ankara ilə Ər-Riyad arasında yeni dövr başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın aprel ayında Səudiyyə Ərəbistanına səfəri zamanı görüşdüyü vəliəhd Məhəmməd Bin Salman bu gün Türkiyəyə cavab səfəri edəcək.
Ucnoqta.az xəbər verir ki, şahzadə Salman böyük bir heyətlə Ankaraya gələcək. Prezident Ərdoğan və vəliəhd Salman Beştəpədə təkbətək və heyətlərarası görüşlər keçirəcək.
Vəlihət Salmanın ziyarətindən əvvəl öncü heyətlər artıq Türkiyəyə gəlib. Ankarada keçiriləcək görüşlərdə səhiyyə, enerji, qida təhlükəsizliyi, kənd təsərrüfatı texnologiyaları, müdafiə sənayesi, maliyyə, ticarət, turizm, müqavilə və daşınmaz əmlak, ikitərəfli və regional kimi kritik sahələrdə sazişlərin imzalanması planlaşdırılır.
Qeyd edək ki, Şahzadə Salman Türkiyə səfərindən əvvəl Misir və İordaniyada olub.