Bakıda moped avtomobillə toqquşub

01:12 - 22 İyun 2022 - HADİSƏ

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb. APA xəbər verir ki, hadisə Vaqif prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində baş verib. Ukrayna vətəndaşı, 1991-ci il təvəllüdlü Dovqan Konstantin Vladromoviç idarə etdiyi mopedlə eyni istiqamətdə hərəkətdə olduğu “Toyota” markalı avtomobilə çırpılıb. Mopedin sürücüsü ağır bədən xəsarətləri alaraq 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Minik avtomobilinin sürücüsü Vahid Mərdənov APA-ya bildirib ki, moped onun sağ tərəfində eyni istiqamətdə hərəkət edən zaman qəfil sola manevr edərək maşına çırpılıb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində təhqiqat araşdırmaları aparılır.

Xəbər xətti