Kiyevdə xüsusi əməliyyat keçirilib
Ucnoqta.az xəbər verir ki, xüsusi əməliyyat nəticəsində Nazirlər Kabinetinin katibliyinin şöbə müdiri və Ticarət və Sənaye Palatasının rəhbərlərindən biri saxlanılıb.
“Bu məmurlar müxtəlif kəşfiyyat məlumatlarını düşmənə ötürüblər: müdafiə vəziyyətindən tutmuş dövlət sərhədinin təşkilinə və Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşlarının şəxsi məlumatlarına qədər”, - məlumatda deyilir.
Rusiya məlumatlarının məxfilik səviyyəsindən və toplanan məlumatların əhəmiyyətindən asılı olaraq xainlərə 2 ilə 15 min dollar arasında pul ödəyiblər.
Hər iki təqsirkara qarşı Cinayət Məcəlləsinin 111 (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə onların barəsində həbs-qətimkan tədbiri seçib.