“Eşkiya dünyaya hükümdar olmaz” serialından sonra yeni serial çəkilişlərinə başlayan məşhur aktyor Oktay Kaynarca və sosial şəbəkələrdə paylaşımlarıyla tez-tez gündəmə gələn tanınmış aktrisa Hülya Avşar Almaniyada görüşüblər.
Hülya həm sənət yoldaşı, həm də dostu ilə səmimi fotolar paylaşıb. Paylaşımın birində “Sən gəl Almaniyada qarşılaş”, ikinci paylaşımında isə “Dəlidir e, bu” yazıb.
Məsələ burasındadır ki, ikinci şəkildə Oktay Hülyanı başından dişləyib və bu cür də poza veriblər. Bu foto maqazin gündəmində xeyli müzakirələr yaradıb. ///lent.az