Gəncədə karusel qırıldı, 12 yaşlı uşaq xəsarət aldı

10:14 - 21 İyun 2022 - HADİSƏ

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Bayraq Meydanı parkında qeydə alınıb.

Belə ki 2010-cu il təvəllüdlü N.Abbasova sözü gedən parkda quraşdırılmış karuselin qırılması nəticəsində yıxılaraq sol qabırğalarının sınığı və digər bədən xəsarətləri alıb. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Xəbər xətti