Ronaldunun iki milyonluq avtomobili qəzaya düşdü

23:00 - 20 İyun 2022 - HADİSƏ

Portuqaliyalı futbolçu Kriştianu Ronalduya məxsus “Bugatti Veyron” markalı avtomobil qəzaya düşüb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, avtomobili idarə edən onun köməkçisi olub. Lüks avtomobil İspaniyanın şərq sahilindəki Sa Koma kurortunda evin divarına çırpılıb. Adı açıqlanmayan sürücü xəsarət almayıb. Hazırda polis qəza yerindədir.

Kriştiano Ronaldonun “Bugatti Veyron” avtomobili 1,7 milyon funt-sterlinq dəyərində qiymətləndirilir.

Xəbər xətti