Dənizdə naməlum şəxs batıb

22:16 - 20 İyun 2022 - HADİSƏ

Novxanıda dənizdə şəxsiyyəti müəyyən olunmayan bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər xətti