Gəncədə avtomobil aşıb, xəsarət alanlar var
20:02 - 20 İyun 2022 - HADİSƏ
Gəncədə xəsarətlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev parkının yaxınlığında qeydə alınıb. Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan iki qadın xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır