Beyləqanda ev yandı

18:57 - 20 İyun 2022 - HADİSƏ

Beyləqanda yanğın olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, rayonun Yuxarı Aran qəsəbəsində ümumi sahəsi 200 m² olan bir dam altında tikilən, iki ailənin yaşadığı birmərtəbəli evlərdən sahəsi 60 m² olan evin və bitişik, sahəsi 140 m² olan digər evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

 

Xəbər xətti