Böyük Britaniyanın Baş naziri Boris Conson iyunun 20-də burun nahiyəsindən cərrahiyyə əməliyyatı olunub.
Ucnoqta.az xəbər verir ki, məlumatı “Daily Mail” yayıb.
Məlumata görə, Baş nazir çərşənbə axşamı yenidən işinə qayıdacaq. Bu vaxta qədər isə qəbul edilməsi tələb olunan hər hansı əhəmiyyətli qərarlar Baş nazirin müavini Dominik Raab tərəfindən qəbul ediləcək.