Keçmiş məhkum 16 kq narkotiki qəbiristanlıqda gizlətdi - Video

15:03 - 20 İyun 2022 - HADİSƏ

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Mövsüm Aslanov saxlanılıb.

Ucnoqta.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, onun üzərindən və satış məqsədi ilə əldə edərək Xətai rayonu ərazisində yerləşən qəbirstanlıqlardan birində torpağın altında gizlətdiyi yerdən ümumi çəkisi 16 kiloqram olan marixuana aşkar olunub.

Qeyd edilən faktla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

Mövsüm Aslanov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.


Xəbər xətti